barkod

Termo və termotransfer printerlər üçün yapışqan əsaslı etiketlər.

Siz məhsulunuzu etiketlərlə markalamaq qərarına qəlmisiniz. Çap üsulunun və printerin seçilməsi etiketə qoyulan tələblərdən asılıdır. 

8000 criocool Etiketin keyfiyyətini xa­rakterizə edən əsas parametrlər bunlardır:

- material;

- uzunömürlük;

- günəş şüalarının, temperatur dəyişmələrinin və digər hava    şəraitinin təsirinə davamlılıq;

- pozulmaya davamlılıq;

- aqressiv mühitin təsirinə davamlılıq.

Bütün etiketlər iki qrupa ayrılırlar: termo və termotransferli.

Termoetiketlər aşağıdakı xüsusiyyətlidirə malikdir:

- termo etiketin materialı yalnız termohəssas kağızdan ibarətdir.

- etiket uzun ömürlü deyil (ideal şəraitdə istismar olun­duqda istifadə müddəti 6 aya qədərdir).

- etiket günəş şüalarıının və aqresiv mühitin təsirinə, qızmaya, sürtülməyə davamlı deyil.

Termo etiketlərin uzun müddətli istismar tələb olunmayan, kifayət qədər temperatur dəyişmələri olmayan yerlərdə (məsələn, yararlılıq müddəti az olan yeyinti məhsulları, poçt göndərmələri, qeydiyyat beycləri, tez realizə olan mallar və i.a.) tətbiqi, məqsədə uyğundur.

Əgər Sizin malınız normal şəraitdə saxlanılırsa (nəmliyin, yüksək temperaturun təsiri yoxdursa), tez satılırsa, onda kağız etiketdən istifadə etmək daha yaxşı olar.

Əgər məhsulun ətraf mühitin mənfi təsirinə məruz qalma ehtimalı varsa, misal üçün, nəmlik, etiketin silinməsi, yüksək temperatur, satış və ya saxlama müddəti uzundursa, sintetik etiketdən istifadə etmək daha düzgündür.

Termotransfer üsülu ilə çap edilen etiketlər aşağıdakı xüsusiyyətlərə malikdir:

- çap üçün material-kağız, karton, sintetik plyonka, plastik və s.,

- material uzunömürlüdür,

- aqressiv mühitin və hava şəraitinin təsirinə davamlıdır,

- sürtülməyə davamlıdır.

Termotransfer üsülu ilə çap edilen etiketlərin saxlama və ya istifadə müddəti uzun olan malların, yaxud müxtəlif avadanlıq­ların markalanması üçün istifadə olunur. Etiketin mate­riallarının və ona uyğun ribbonun seçimiylə hava şəraitinə və ya aqressiv mühitin təsirinə davamlılıq kimi va­cib çap keyfiyyətinə nail olmaq olar.

Termotransferli etiketlər termokimyəvi təbəqəyə malik olurlar. Onlarda çap termotransfer printerlərdə rəngləyici lentin - ribbonun köməyilə həyata keçirilir.

  Anbarda olan etiketlərin ölçüləri: 

Kağız  etiket

Sintetik

etiket

30 mm х 20 mm bir rulonda 1000/2000 ədəd

101,6 mm х 50,8 mm     

bir rulonda 2441 ədəd       

 58 mm х 40 mm bir rulonda 600 ədəd (termo)  51 mm х 25 mm 8000T  bir rulonda 2500 ədəd
100 mm х 58 mm bir rulonda 2000 ədəd 38,1 mm х 12,7 mm  bir rulonda 9449 ədəd
100 mm х 58 mm bir rulonda 2000 ədəd  50,8 mm х 25,4 mm 
 bir rulonda 5249 ədəd
102 mm х 152 mm     bir rulonda 475 ədəd 50,8 mm х 25,4 mm  bir rulonda 2398 ədəd
102 mm х 76 mm bir rulonda 1890 ədəd 58 mm х 40 mm 4000T  bir rulonda 3020 ədəd
58 mm х 60 mm bir rulonda 2000 ədəd
31,75 mm х 25,4 mm(plomb)  bir rulonda 5500 ədəd

40 mm х 25 mm

bir rulonda 1000 ədəd 76,2 mm х 25,4 mm(plomb)  bir rulonda 4000 ədəd

Fərqli ölçülü etiketləri sifariş etmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. 

CL-S521 Black

 CITIZEN CL - S521

CITIZEN CL  S621

CITIZEN CL - S621

zebra-lp-tlp-2844

    ZEBRA LP 2844/ TLP 2844 

gk420

     ZEBRA GK 420 t        

 

ZT400

         ZEBRA ZM 400       

Copyright © All Rights Reserved.

Top Desktop version