barkod

Rəngləyici termotransfer lent.

Rəngləyici termotransfer lent (xüsusi adı-ribbon) - bu termotransfer printerlər üçün sərf olunan materialdır.zebrazipshiplabelspaladinid

Termotransfer lent bir tərəfi boyayıcı tərkiblə örtülən poliestr plyonkadan ibarətdir. Lentin o biri tərəfi isə termobaşlığın sürtülmə və zədələnməsinin qabağını alan, özünə məxsus yağlayıcı rolunu oynayan, xüsusi tərkiblə örtülmüşdür. Lentin əvvəlində markalanma olan və saxlanma zamanı onu qoruyan start zonası yerləşir. Lent printerə onun sonunu müəyyən etməyə imkan verən xüsusi gümüşü və ya şəffaf zolaqla bitir.

Gümüşü zolaq əksolunma datçiki olan printerlər, şəffaf isə işıq datçiki olan printerlər üçün hesablanmışdır. Yarıparlaq kağız etiketlərdə və sintetik materiallarda çap üçün zəruridir. Ribbon etiket rulonuna uyğun olaraq sərf olunur. 

Çap termoköçürmə üsulu ilə həyata keçirilir.

 Termotransfer lentlərinin hansı tipləri mövcuddur?

Termotransfer rəngləyici lentin 3 əsas tipi mövcuddur. Onlar boyayıcı qatın tərkibinə görə fərqlənirlər:

 a)      mum əsaslı rəngləyici təbəqəyə malik lentlər (wax, ing.). Onlar əsasən kağız (yarıparlaq, tutqun) etiketlərdə çap üçün nəzərdə tutulmuşdur;

$     b)      mum-qətran kombinasiyası (wax-resin, ing.) - çapın yüksək davamlılığını əldə etmək zərurəti tələb olunduqda kağız və kartonda çap üçün tətbiq olunur;

$     c)      qətran (resin, ing) - sintetik materiallarda çap üçün istifadə olunur (etilen, polipropilen etiketlər, tekstil lentlər və s.).

Termotransfer lentlər lentin eninə, dolağın uzunluğu və boyayıcı təbəqənin yerləşməsinə bayır boyayıcı qat (OUT) və daxili boyayıcı qata (İN) görə fərqlənirlər.

 

Ribbonun ölçüsünü necə seçməli?

Ribbon rulonunun enini seçərkən istehsalçının tövsiy­yələrinə əməl etmək zəruridir:

 - rəngləyici lentin eni etiket rulonunun enindən bir qədər böyük olmalıdır. Bu cür kombinasiya termobaşlığın uzun müddət xidmət etməsini təmin edir.

 - rəngləyici lentin dolağının uzunluğu istifadə olunan printerin parametrləri ilə məhdudlaşır. Qayda olaraq, stolüstü sinfə aid olan printerlər uzunluğu 74-110 m, sənaye sinfinə aid olan printerlər isə uzunluğu 450 m qədər olan ribbon istifadə edir.

 - ribbonu seçərkən dolağın tərəfi kimi vacib parametrə fikir vermək lazımdır. O, bayır boyayıcı qat (OUT) və ya daxili boyayıcı qat (İN) ola bilər. Bu parametr həmçinin printer istehsalçısı tərəfindən müəyyən edilir.

 

Anbarda olan ribbonların ölçüləri

      Ribbon Wax

                  Ribbon 

Resin

Ribbon (Wax) 33 mm х 74 mm 

Ribbon (Resin)

33 mm х 74 mm

Ribbon (Wax) 40 mm х 450 mm  Ribbon (Resin) 40 mm х 450 mm
Ribbon (Wax) 57 mm х 74 mm  Ribbon (Resin)
57 mm х 74 mm
Ribbon (Wax) 64 mm х 74 mm   Ribbon (Resin)
64 mm х 74 mm
Ribbon (Wax)  110 mm х 74 mm Ribbon (Resin)
110 mm х 74 mm
Ribbon (Wax)  60 mm х 450 mm  Ribbon (Resin)
60 mm х 74 mm
Ribbon (Wax) 110 mm х 450 mm 
Ribbon (Resin)
110 mm х 450 mm

Ribbon (Wax)

 80 mm х 300 mm Ribbon (Resin/Wax)
131 mm х 450 mm

Fərqli ölçülü ribbonları sifariş etmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz!

CL-S521 Black

 CITIZEN CL - S521

CITIZEN CL  S621

CITIZEN CL - S621

zebra-lp-tlp-2844

    ZEBRA LP 2844/ TLP 2844 

gk420

     ZEBRA GK 420 t        

 

ZT400

         ZEBRA ZM 400       

Copyright © All Rights Reserved.

Top Desktop version