BARCODE HARVESTER PROQRAM KOMPLEKSİ

“Skaner, MYT vasitəsilə inventarizasiyanın keçirilməsi proqram təminatı”

“Barcode Harvester” smartfon və komputer üçün nəzərdə tutulmuş  proqram kompleksidir. Smartfona yüklənmiş mobil həll ilə ştrixkodları oxuyub məlumatları proqramın bazasında topladıqdan sonra toplanmış məlumatları komputerə ötürərək nəticələrlə işləyə bilərsiniz. Bir komputerə bir neçə smartfon qoşmaq mümkündür. Bu proqram təminatı skaner və ya terminalı əvəz etmir, eyni işi daha rahat və tez yerinə yetirmək üçün nəzərdə tutulmuşdur.

“Barcode Harvester” proqram təminatının skaner və terminal kimi funksionallağı, eyni zamanda inventarizasiya imkanı mövcuddur.

• Skaner funksiyası Bu rejimdə smartfon komputerə qoşulmuş adi ştrixkod skaneri kimi işləyir. Məhsulun ştrixkodunu smartfon mobil həlli ilə oxudub sayını göstərməklə dərhal “Barcode Harvester” komputer proqram və ya 1C proqram təminatında əks olunduğunun şahidi olacaqsınız.

1

• Məlumat yığımı terminalı (MYT) funksiyası Smartfona yüklənmiş mobil həldə siyahılar yaradılıb istənilən sayda ştrixkodu oxuyaraq siyahılarda qeydlər aparıla bilər. Sonra isə bir kliklə siyahıları əvvəlcədən komputerə yüklənmiş olan “Barcode Harvester” proqram təminatına və ya 1C uçot proqramınıza göndərmək mümkündür.

• İnventarlaşma MYT rejimi sizə uyğun deyilsə və ştrixkodu oxuyan zaman məhsulun adını, miqdarını və qiymətini yoxlamaq istəyirsinizsə, o zaman bu sizin daha məqsədəuyğundur. Hər hansı bir cədvəldən (Excel, 1C və s.) əvvəlcədən siyahısını smartfona yükləyirsiniz. Smartfona yüklənmiş siyahıya əsasən inventarizasiya aparıldıqdan sonra siyahını yenidən komputerə göndərib, mövcud uçot proqramınız ilə faktiki sayı yoxlaya bilərsiniz.

3