RFID SİSTEMİN ƏSAS VƏSAİTLƏRİN UÇOTU SİSTEMİNƏ İNTEQRASİYASI

İnteqrasiya edilmiş radiotezlik identifikasiyası sisteminə (RFID) əsaslanan əsas vəsaitlərin uçotu sisteminin tətbiqi

Əsas vəsaitlərin uçotu Sisteminin təsviri
Təklif edilən sistem RFID nişanlarla markalanmış əsas vəsaitlərin (bundan sonra ƏV) sürətli və dəqiq inventarlaşdırılmasının aparılmasına imkan verir. Tərkibində 10.000 ƏV olan bir müəssisənin ənənəvi qaydada inventarlaşdırılması təxminən 60 iş günü tələb edir (müxtəlif müəssisələrdə inventarlaş - dırmanın aparılmasının gedişatında sərf olunan ortalama göstərici). Ştrixkodlardan istifadə etməklə inventarlaşdırma təxminən 15 iş günü tələb edir.

İnventar nömrələrinə və ştrixkodlara əsaslanan ƏV-nin (stol, stul, kompüter, kiçik və iri həcmli ofis avadanlıqları) inventarlaşdırması zamanı ştrixkodların aşkarlanıb oxunması və inventarlaşdırılması prosesini ləngidir. 

Təklif etdiyimiz RFID inventarlaşdırma sistemi inventarlaşdırmanın keçirilməsi müddətini 2 iş gününə qədər qısaldılmasına (eyni həcmdə-10.000 ƏV) və inventarlaşdırma markasının bilavasitə görülməsi - nin zərurəti ilə bağlı olan bütün məhdudiyyətlərin aradan qaldırılmasına imkan verir, həmçinin işçi - lərin otaqlarında inventarlaşdırmanın aparılması zamanı onların işdən yayınmalarını tələb etmir. 

Sistemin tərkibi:

Təklif olunan ƏV-rin RFİD uçotu Sistemi inventarlaşdırması maddi dəyərlilərin uçota alınması ilə bağlı bütün proseslərin avtomatlaşdırılmasına imkan verir, xüsusilə:

- ƏV-in ilkin işarələnməsi;
- RFİD nişanların proqramlaşdırılması;
- Təyin olunmuş ƏV-in axtarışı;
- Müəssisənin mövcud uçot sistemi ilə inteqrasiyası;
- İnventarlaşdırma (RFİD və ştrixkod identifikatorlar üzrə).

Bizim həllimizə aşağıdakı komponentlər daxildir:

- "ERFİD-A" mobil oxuyucuları üçün proqram təminatı;
- Mövcud uçot sistemlər ilə inteqrasiya.

Təklif olunan RFID sisteminin əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:

- İstifadədə sadəlik;
- İşçilərin səriştəsinə minimal tələblər;
- Sistemin komponentlərinin minimum dəsti:
- İnventarlaşdırmanın keçirilməsi, həmçinin ilkin işarələnmə, axtarış və digər köməkçi funksiyalar           üçün mobil oxuyucular;
- ƏV-in işarələnməsi üçün RFİD nişanlar;
- Proqram təminatı

RFİD sistemin komponentlərinin təsviri:

Nordic ID HH83 mobil oxuyucu

 

 

 

Nordic ID HH83 - UHF RFİD anten quraşdırılmış RFID oxuyucudur. O yaxın və ya uzaq məsafədə effektiv oxumanın tələb olunduğu və ya maksimum inventarlaşdırma sürətinə ehtiyacın olduğu konkret tapşırıqlara çevik şəkildə uyğunlaşmağa imkan verir. Böyük tutumlu batareya ilə birlikdə erqonomik və yaxşı balanslaşdırılmış dizayn qurğu ilə rahat işləməyə imkan verir. 

"ERFİD - A" proqram təminatı

"ERFİD-A" proqram təminatı (mobil RFİD - oxuyucuya quraşdırılır).

Mobil oxuyucular üçün "ERFİD - A" proqram təminatı inventarlaşdırma ilə bağlı bütün proseslərin avtomatlaşdırılmasını təmin edir: 

- İnventar nömrələrinin RFİD nişanlara yazılması- seçilmiş alqoritmə uyğun olaraq fərdi radiotezlikli kodun nişana yazılması. Bu funksiyanın mövcudluğu sayəsində RFID nişanların proqramlaşdırılması üçün bahalı RFID printerləri və digər əlavə avadanlıqlara zərurət yaranmır.

- İlkin İşarələmə - RFID nişanları ilə ƏV-in ilkin işarələnməsinə (ƏV-in adı, inventar nömrəsinin RFİD nişana bağlanması, ştrixkod və RFID kodu), həmçinin ƏV-in fotoşəkillərinin çəkilməsinə və onların ümumi məlumatlar bazasına daxil edilməsinə imkan verir.

- ƏV-nin İnventarlaşdırılması - bağlanılması/saxlama yerləri üzrə ƏV-in tam və ya qismən inventarlaşdırmanın (RFID nişanları və ya ştrixkod ilə işarələnmiş) aparılması üçün funksionallıq (saxlama yerlərinin təşkilindən asılı olmayaraq Bina / mərtəbə / otaq, saxlanc yeri / rəf / qovluq, anbar və s.). Həmçinin inventarlaşdırmanın keçirilməsi zamanı ƏV-ə dair qeydlərin edilməsinə imkan verir. Məsələn, əgər müəyyən bir ƏV işlək vəziyyətdə deyilsə və ya zədələrə malikdirsə bu barədə qeydlər aparılır.

- ƏV-in Axtarışı - azalmaqda olan axtarış radiusu prinsipinə əsaslanan ƏV-nin axtarılmasına imkan verir. Məsələn, oxucunun maksimum həssaslıq və gücü səviyyəsində axtarılmalı olan ƏV-in istiqamətini bir neçə metr məsafəyə qədər müəyyən etmək və daha sonra oxuyucunun gücünü tənzimləməklə (azaldaraq), axtarış zonasını bir neçə santimetrə qədər daraltmaq olar.

Layihənin dəyərinin qiymətləndirilməsi nümayişi:

Şərhlər:

- Mobil telefon üçün RFID anten – RFİD oxuyucudan daha ucuzdur, lakin istifadədə o qədər də rahat deyil. Əlavə telefon və eyni anda iki cihazın enerjisini doldurmaq lazımdır, Bluetooth interfeysi vasitəsilə cihazların qoşulmasına vaxt sərf etməkdir.

- RFID UHF modulu ilə printer RFID nişanlarının müntəzəm olaraq kütləvi buraxılışına ehtiyac duyulduqda daha rahatdır (nişanların səthində məlumatların çapı ilə eyni zamanda nişanın çipinin proqramlaşdırılması yerinə yetirilir), lakin o adi etiket printerdən daha bahalıdır və nişanlarla olan yeni rulonun (başqa növlü) quraşdırılmasında hər dəfə yenidən köklənməni tələb edir.