PASİYENTLƏRİN ŞTRİXKODLU XÜSUSİ TİBBİ QOLBAQLARLA İDENTİFİKASİYASI
Xəstələrin və pasiyentlərin ştrixkodlu xüsusi tibbi qolbaqlarla identifikasiyası
Ştrixkodlu qolbaqlar (brasletlər) xəstələrin identifikasiyasını təmin edən etibarlı vasitədir.
Üzərində ştrixkod olan qolbaqların istifadəsi müalicə heyətinə xəstənin bütün müalicə dövrü ərzində müalicə otağında səhvsiz identifikasiyasına imkan yaradır və səhv əməliyyatların riskini azaldır.
Xəstənin və ya pasiyentin identifikasiyası üçün istifadə olunan ştrixkodlu xüsusi tibbi qolbaqların köməyilə aşağıda qeyd olunan məlumatı operativ şəkildə əldə etmək olur:
- təyin olunmuş dərman preparatları;
- xəstənin qan qrupu;
- xəstənin patoloji xəstəlikləri;
- xəstəyə təyin olunmuş qidalanma sxemi və s.
Təqdim edilən tibbi qolbaqlar Zebra şirkətinin (ABŞ) məhsuludur.
Zebra seriyalı Z-band qolbaqları antibakterial və organik olmayan ion-gümüş örtüyünə malikdirlər.
Tibbi qolbaqların texniki göstəriciləri və təsviri.
Çap üsuluna görə qolbaqların iki tipi olur:
- termotransfer qolbaqlar (rəngləyiçi lent vasitəsi ilə məlumatın yazılması);
- termo qolbaqlar (məlumatın rəngləyiçi lentsiz birbaşa yazılması).
Qolbaqlar yapışqan qoruyucu bölməli hissədən və antibakterial örtükdən ibarət müxtəlif rəngli bərpaolunmayan, bağlayıcı lentdir.
Qolbağın alkoqola, suya, sabuna davamlılığı vardır.
Qolbağın tez yapışması üçün özüyapışan bağlayıcı ilə təchiz olunur.
Məlumatların təsviri
Qolbaqlarda xəstənin soyadı, adı, doğum tarixi, ştrixkod identifikasiya nömrəsi haqqında məlumatlar yerləşdirilə bilər.
Əl qolbaqlarının istifadə müddəti
Birbaşa termoçap üsulu ilə çap olunmuş qolbaqlarda olan məlumatlar 10 - 14 gün ərzində aydınlığını itirməyə başlayır. Termotransfer çap üsulu ilə çap olunmuş qolbaqların istifadə müddəti praktiki olaraq müddətsizdir, çunki lak örtüyü ilə qorunur.
Qolbaqların qiyməti və çatdırılma vaxtı
Sifarişin ödənişi edildikdən sonra 2 - 4 həftə müddətində qolbaqlar sifarişçiyə çatdırılır.
Qolbaqların üzərində məlumatın çap xidmətini ofisimizdə sifariş edə bilərsiniz.