ZİNƏT ƏŞYALARININ MARKALANMASI
Zinət əşyalarının markalanması
Bahalı zinət əşyasının qiymətini onun haqqında yazılan gözəl etiket-yarlık vurğulamaq olar.
Etiketlər
Yerləşdirilən məlumatın həcmindən asılı olaraq bir tərəfli və ya iki tərəfli etiketlər hazırlanır. Etiketin üzərində əşya haqqında istehsalçının adı, onun ünvanı və loqotipi kimi daimi məlumat, həmçinin, adı, ölçüsü, çəkisi və s. kimi dəyişkən məlumat yerləşdirilə bilər.
Printer
Zərgərlik müəssisələrinə yapışqan əsaslı etiketlərdən əlavə istədiyiniz məlumatı etiketin üzərində çap etmək üçün xüsusi printerlər təklif edirik.
Xüsusi termotransfer printerinin istifadəsinin müəssisə üçün bir sıra faydaları var:
- hər etiketdə fərdi ştrixkodun capına imkan yaradır;
- printer əşyanın adı, artikulu, çəkisi haqqında bütün dəyişkən məlumatı dəqiq çap edə bilir;
- printerlə məlumatı həm bir etiketdə həm də bir neçə min etiketlərdə çap etmək olar;
- printer istifadədə asandır, onu işlətmək üçün xüsusi biliklər və bacarıqlar tələb olunmur.
Ştrixkod
Zinət əşyaların markalanması üçün ştrixkodlardan istifadə zəmanənin tələblərindən biridir. Ştrixli kodlar hər zinət əşyasını sadə və dəqiq uçota almağa imkan verir. uvelir 3Printer vasitəsilə fərdi ştrixkodun çapından və uçot sisteminin tətbiqindən sonra Siz istənilən əşyanın dəqiq harada olmasını biləcəksiniz. Məlumat yığımı terminalın köməyi ilə bütün əşyalardan şrixkodu oxumağa və məlumatın avtomatik kompüterə ötürülməsinə imkan verir. Müəssisədə zinət əşyalarının satışı da tezləşəcək. Hər hansı bir əşyanın satışını qeyd etmək üçün əşyaların üzərindən kompüterə qoşulmuş ştrixkodu əl skanerilə oxunması kifayətdir. Eyni zamanda etiketin üzərindən ştrixkodun oxunması satıcıya əşyanın qiymətində səhv etməmək imkanını verəcək.