ƏSAS VƏSAİTLƏRİN İNVENTARİZASİYASI
ƏSAS VƏSAİTLƏRİN İNVENTARLAŞDIRILMASI VƏ ƏMD-İN (ƏMTƏƏ-MADDİ DƏYƏRLƏR) İNVENTARLAŞDIRMA SİYAHISI
Əmlakın inventarlaşdırılması.Hər bir şirkət bu və ya digər üsulla onun balansında olan maddi dəyərlərin uçotunu aparır. Vaxtaşırı olaraqq kifayət qədər vaxt aparan bir sıra məcburi əməliyyatların aparılması tələb olunur.
Belə əməliyyatlara aşağıdakıları aid etmək olar:
- inventarlaşdırmanı;
- ƏMD-in (əmttə-maddi dəyərlər) inventarlaşdırma siyahısını;
- yerdəyişmənin uçotunu (yerlər arasında, müəssisənin bölmələri arasında);
- qəbulu - sislinməni (və ya balansdan çıxarılmanın digər proseduru).
Belə əməliyyatların hər biri vaxtın və insan resurslarının sərfiyyatını tələb edir. Bundan başqa, "insan amili"nin təsiri özünü göstərə bilər və nəticədə əmlakın uçotunda qeyri-dəqiqliklər və ya səhvlər ola bilər. Bu gün əmlakın uçotu alınması üçün, məsələn, boya ilə vurulmuş və ya etiketdə çap olunmuş inventar nömrələri ilə iş daha çox yayılıb.
Belə identifikasiyanın üsulu əhəmiyyətli dərəcədə çatışmazlıqlara malikdir, onlardan ən aşkarı, xüsusən də binalardan kənarda istifadə zamanı qısa ömürlü olmasıdır, digər çatışmazlıq - həm ilkin tətbiq zamanı, həm də uçotun sonrakı prosesləri zamanı işin çox zəhmət tələb etməsidir: İnventarlaşdırma, silinmə, şirkətin bölmələri arasında yerdəyişmə. Bu çatışmazlıqların aradan qaldırılması üçün ştrix-kodlarından istifadə etməklə inventarlaşdırmanın aparılması zamanı proseslərin avtomatlaşdırılması üçün bizim tərəfimizdən təklif olunan hazır həll - aparat-proqram kompleksi kömək edə bilər.
"İnventarlaşdırma və uçot".
Bizim həllimiz imkan verəcəkdir:
• Əsas vəsaitlərin inventarlaşdırılmasının aparılmasına sərf edilən vaxtı və xərcləri azaltmağa;
• İnventarlaşdırmanın aparılmasının gedişatında səhvləri azaltmağa;
• İnventarlaşdırmanın aparılmasının gedişatında insan amilinin təsirini azaltmağa və səhvləri azaltmağa;
• Maddi dəyərlərin uçotunda yol verilmiş səhvləri aşkar etməyə (qəbul, yerdəyişmə,inventar nömrələri ilə markalanma zamanı);
• Əskik gəlmə, korlama və maddi dəyərlərin artıqlarının aşkar edilməsi zamanı inventarlaşdırma siyahılırının, tutuşdurma sənədlərinin avtomatik olaraq forçalaşdırılmasına imkan verəcəkdir.
Dəsətəklənən uçot sistemləri
Həll 1C uçot sistemi ilə işləmək üçün uyğunlaşdırılmışdır. Əgər sizdə başqa uçot sistemi quraşdırılıbsa, biz mübadilə modulunun təkmilləşdirilməsini yerinə yetirməyə hazırıq.
İnventarlaşdırma üçün kompleksin strukturu
Aşağıda sistemin fəaliyyəti və zəruri aparat təminatı haqqında sxematik təsəvvür yaradan kompleksin baza strukturu təqdim edilmişdir.
Zəruri avadanlıq:
1. Şəxsi kompüter;
2. Proqram modulu ilə yüklənmiş Datalogic Memor məlumatların toplanılması terminalı Məlumatların toplanılması terminallarının tətbiqi inventarlaşdırmanın aparılmasının sürətləndirilməsinə imkan verir, oxunan mal haqqında məlumatların avtomatik ötürülməsi və emal edilməsi isə - əl ilə yenidən hesablanma zamanı yol verilə bilən xətaların riskinin azaldılmasına imkan verir. Skan edilmə prosesində alınan məlumatlar terminalın yaddaşında saxlanılır və sonra kompüterə xml formatında ötürülür.
3. Ştrix-kodların çap edilməsi üçün etiketlərin printeri - Zebra GK420t.
İnventarlaşdırmanın avtomatlaşdırılması üçün bizim həll ilə Siz aşağıdakı imkanı əldə edəcəksiniz:
- Əsas vəsaitlərin uçotunun dəqiqliyinin və etibarlılığının artırılması;
- Hər bir uçot vahidinin saxlanılmasına, yerləşdiyi yerə və yerdəyişməsinə nəzarət səviyyəsinin artırılması;
- Oğurluqların və sui-istifadələrin ehtimalının azaldılması;
- Təbii itkilərin vaxtında aşkar edilməsi;
- özünün ayrı-ayrı bölmələrinin aktual texniki modernləşdirilməsinin həyata keçirilməsi.
Proqram-aparat kompleksinin elementləri ilə daha ətraflı bizim ofisimizdə tanış olmaq mümkündür.