PİLOT LAYİHƏLƏR HAQQINDA
Avtomatik identifikasiya texnologiyasından (RFİD, ştrixli kodlaşdırma) istifadə edən həllərin müəssisələrdə tətbiq edilməsinə yönəlmiş layihələrin reallaşdırılması üçün xidmətlər kompleksini diqqətinizə çatdırırıq:
· SOLVO.WMS bazası üzərində qurulmuş və sənayenin müxtəlif sektorları üçün nəzərdə tutulmuş həllər.
· Qəza xidmətlərində fərdi mühafizə vasitələrinin (FMV) mövcud olmasına nəzarətin təşkili.
Layihələrin həyata keçirilməsi
Bu tip layihələrin reallaşdırılması nəticəsində əldə etdiyimiz təcrübəyə söykənərək, əsas mərhələlərin ardıcıllığını təqdim edirik:
· Həllin pilot tətbiqi;
· Layihə öncəsi müayinə;
· Texniki tapşırığın (TT) hazırlanması;
· Texniki tapşırığın tələblərinə cavab verən lazımi aparat vasitələrininseçimi və təchizatı;
· Texniki tapşırığın tələblərinə uyğun proqram məhsullarının tam hazırlanması;
· Sifarişçinin obyektlərində avadanlığın quraşdırılması və sistemin tənzimlənməsi;
· İstifadədə olan sistemlərlə inteqrasiya edilməsi;
· Sifarişçinin mütəxəssislərinin təlimi;
· Sistemin sınaq istismarı;
· Sistemin sənaye istifadəsinə verilməsi;
· Sistemin zəmanət xidməti və satışsonrası xidməti.
Avtomatik identifikasiya texnologiyasından istifadə edən sistemlərin yaradılması üzrə layihələrin reallaşdırılması zamanı “GS1 Azerbaijan” MMC-nin mütəxəssisləri yeni sistemin artıq istifadədə olan sistemlə inteqrasiyası məsələlərini Sifarişçi ilə razılaşdırırlar. Bundan əlavə, qəbul edilmiş qərarların düzgünlüyünün təcrübədə yoxlanılması və sistemin tam inteqrasiya edilməsi məqsədilə pilot layihəsi həyata keçirilə bilər.
Layihələrin dəstəklənməsi və müşayiəti
Tərəflər arasında imzalanmış Müşayiət və dəstək Müqaviləsi çərçivəsində istifadəyə verilmiş sistemin texniki dəstəyi və müşayiəti üzrə xidmətlər göstəririk. Xidmətlərin standart paketinə aşağıdakılar daxildir:
· Proqram təminatı və avadanlığın işində yaranmış xətaların aradan qaldırılması.
· Sifarişçiyə sistemin fəaliyyətinə dair məlumat və məsləhət xidmətlərinin göstərilməsi.
· Yeni, daha müasir avadanlıq və proqram təminatlarının buraxılışı haqqında Sifarişçini kvartalda 1 dəfə məlumatlandırmaq.
· Proqram təminatlarının yeni versiyalarla əvəz edilməsi.
· Sistemin işi ilə bağlı əlavə proqram təminatının quraşdırılması məsələlərində Sifarişçiyə məsləhət vermək.
Avadanlığın və proqram təminatının müşayiəti mütəxəssislərimiz tərəfindən telefonla, internetlə və yaxud əvvəlcədən razılaşdırılmış vaxtda, yerində həyata keçirilir.
Qiymətlər qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir.