AVTOMATİK UÇOT SİSTEMİNİN TƏTBİQİ
ŞTRİXLİ KODLAŞDIRMA VASİTƏSİLƏ AVTOMATİK UÇOT SİSTEMİNİN TƏTBİQİ
Xidmətimiz аvtomatik uçot sisteminin seçimi, anbara malın daxil olması malın buraxılması silsiləsində
izləməsi və əsas vəsaitlərin inventarlaşdırılması ilə bağlı konkret təkliflərin verilməsini, ştrixkod
avadanlığın quraşdırılması üçün tövsiyə olunan iş yerlərin və bu prosesə cəlb olunan işçilərin minimum
texniki bilikləri müəyyən edilməsini nəzərdə tutur.
Sistemin qiyməti müəssisənin rəhbərliyi ilə birlikdə müəyyən ediləcək ve avadanlığın konkret modellərindən,
onların sayından, uçotun avtomatlaşması dərəcəsindən və digər amillərdən asılıdır.
Müəssisənizdə avtomatik uçot sisteminin tətbiqilə bağlı layihənin kommersiya təklifinin tərtibatı üçün bizə
aşağıda qeyd olunan məlumatlar lazım olacag:
- Sizin müəssisədə istifadə olunan Proqram Təminatı.
- Uçotun hansı bölmələr və hansı istehsal obyektlərin avtomatlaşdırılması nəzərdə tutulub.
- Neçə iş yerinin avtomatlaşdırılması nəzərdə tutulub.
- Avtomatlaşdırılmış iş yerlərində çalışan işçilərin siyahısı.
- Neçə istifadəçiyə təlim kursunun keçirilməsi lazım olacaq.
- Xüsusi avadanlığın Proqram Təminatına qoşulması nəzərdə tutulubmu (ştrixkod skanerləri, ştrixkod printerləri, ştrixkod çap edən tərəzilər, məlumat yığımı terminalı və s.).
- Proqram Təminatının məsafədən qoşulması imkanı nəzərdə tutulubmu.
Ştrixli kodlaşdırma texnologiyaları əsasında müəssisənin məhsullarının avtomatlaşdırılmış uçot sisteminin tətbiqi üçün
bizim tərəfimizdən hazırlanan təklifin tərtibində konkret şəraitə uyğun olaraq obyektlə yerində tanış olunması və
tövsiyələrin verilməsi nəzərdə tutulur.
Bunun üçün bizim mütəxəssislərin Sizin müəssisənizə gəlməsi və yerində bu məsələnin Sizinlə müzakirə edilmesi lazimdır.