Dinasti168 Dinasti168 Dinasti168 Dinasti168 Dinasti168 Dinasti168 Lotus138 Lotus138 Lotus138 Lotus138 Lotus138 Bosswin168 Bosswin168 Bosswin168 Bosswin168 Bosswin168 Cocol88 Cocol88 Cocol88 Cocol88 Mabar69 Mabar69 Mabar69 Mahjong69 Mahjong69 Mahjong69 Nobar69 Nobar69 Nobar69 Zona69 Zona69 Bwtoto Bwtoto Bwtoto Bwtoto Master38 Master38 Master38 Master38 Starling69 Starling69 Starling69 Lambo69 Lambo69
QAYTARILAN TARANIN VƏ QAZ BALONLARININ UÇOTU

RFİD texnologiyalarının qaz balonlarının və qaytarılan taraların uçotunda istifadəsi

RFID texnologiyalarının istifadəsi qaz balonlarının etibarlı və effektiv avtomatik uçotunu: onların yerini, hərəkətini, texniki vəziyyətini təyin edir. İdentifikasiyanın və uçotun mühümlüyü onunla izah edilir ki, qaz balonları ilə iş müxtəlif risklər daşıyır. Həmçinin nəzərə almaq lazımdır ki, balonlar istehsal dövriyyəsi kateqoriyasına aiddir və uzun müddətli istifadəsi ilə (on illərlə) müəssisənin balansında çoxlu sayda ola bilər. RFID nişanların müvafiq proqram-aparat kompleksi ilə birlikdə istifadəsi balonlar haqqında aşağıdakı suallara cavab verməyə imkan verir:
- onlar haradadır və hansı vəziyyətdədirlər? 
- müəyyən balonları əvvəllər kim istifadə edib?
- axırıncı dəfə onların yoxlanışı və texniki qulluğu nə vaxt keçirilib və növbəti yoxlanışlar nə vaxt keçirilməlidir?
- qaz balonların yenilənməsi və qulluğu üçün hansı məbləğ tələb olunur?

Bütün bu sualları yalnız RFID sisteminin istifadəsi ilə cavablandırmaq mümkündür.

Bu sistem necə işləyir?
Aşağıdakı şəkillərdə qaz balonlarının və konteynerlərin üzərinə RFID nişanlarının vurulması nümunələri verilib. Obyektlərin RFID nişanları ilə təchiz edilməsi prosesi sadədir – nişanın vurulma yerini seçmək, sonra obyektin üzərinə yapışdırmaq və ya bərkitmək lazımdır. 
Metal üzlər üçün xüsusi korpus nişanları istifadə olunur. Bütün digər obyektlər üçün, məsələn plastik, yapışqan-nişanlar istifadə etmək olar. RFID nişanları ilə bütün yuxarıda sadalanan əməliyyatlar daha tez və səhvsiz həyata keçirilir.

RFID proqram-aparat kompleksinin elementləri ilə bizim ofisdə daha ətraflı tanış ola bilərsiniz.

       

      

TƏQDİMAT VİDEOSU