RFID ARXİV FONDLARINDA VƏ KİTABXANALARDA
Kitabxanalar və arxiv fondları üçün uçot sisteminin avtomatlaşdırılması problemi çox aktualdır. Həqiqətən, oxuculara kitabları və digər materialları operativ tapıb vermək məlumatın əl ilə emalı zamanı praktiki olaraq çətindir və bu problemin nəticəsi kimi oxuculara göstərilən xidmətin kifayət qədər aşağı olmasıdır və inventarizasiyanın ləngiməsidir.
Kitabxana və arxiv fondlarının uçot sisteminin təkmilləşdirilməsi üçün RFID – radiotezlikli identifikasiya texnologiyasını istifadə etməyi təklif edirik. Bütün materiallar hər bir ayrı sənədin və ya kitabın identifikasiyasına cavab verən RFID-nişanları ilə markalanır. Nişanın mobil və ya stasionar oxuyucu vasitəsilə 2-5 metr məsafədən oxunması mümkün olduğuna görə bütün məlumat dərhal kompüterə ümumi bazaya ötürülə bilir.