RFID PƏRAKƏNDƏ SATIŞDA
Pərakəndə şəbəkə sahibləri üçün ən zərərverici xüsusiyyət – diqqətsizlikdir. Böyük məhsul axınına nəzarət edilməlidir və daim inventarizasiya keçirilməlidir. Bir neçə il bundan əvvəl oğurluğa qarşı RFID-sistemini tətbiq etdilər və bu RFID-sisteminin inkişaf təməlinə qoyulan daş oldu.
RFID-texnologiyanın mağazalarda tətbiqi satıcıların məhsulun hərəkətini daha effektiv idarə edəcəyini və itkiləri azalda biləcəyini nəzərdə tutur.
Bütün məhsulların üzərinə məhsulun unikal identifikasiya nömrəsini daxil edən xüsusi RFID nişanları vurulur. RFID nişanı məhsulun ştrixkodu ilə bağlı olur.Proqram həlli real vaxt rejimində məhsulun qəbulu zonasında, anbarda və ticarət zalında dəqiq görünməsini təmin edir.
Gündəlik fəaliyyətdə RFID sistemi mağazaların işçilərinə proqramla inteqrallanmış RFID-oxuyucular vasitəsi ilə məhsulların dövri hesablanmasının aparılmasına və bununla dəqiq inventarizasiyanı keçirməsinə imkan verir. Nəticədə mağaza əməkdaşları nə qədər məhsul anbardan buraxılıb, mağazanın hansı hissəsindədir və hansı məhsulu təkrar sifariş etməyə ehtiyacı olub olmamasını dəqiq bilirlər.