FİLM - MASTERİN HAZIRLANMASI
ŞTRİXKODUN FİLM-MASTERİN HAZIRLANMASI 2
Əmtəənin etiketinə ştrixkodun maksimal dərəcədə dəqiq və düzgün vurulması üçün sifariş-çinin mətbəəyə bu ştrixkodun film-masterini təqdim etməsi məqsədəuyğun olardı. Film-master yüksək keyfiyyətlə hazırlanan və xüsusi plyonkada yazılan ştrixkodun maketidir. Film-master əmtəənin etiketində ştrixkodun yerləşdirilməsi və sonradan mətbəədə çap edil-məsi üçün nəzərdə tutulub. Bununla, ştrixkodun yaradılmasına dair bütün qaydalara və standartlara maksimal dəqiqliklə riayət edilir. Bir film-masterdən istənilən sayda etiket çap etmək olar. Tövsiyyə kimi, film-master adlanan ştrixkod simvolunun maketinin hazırlanmasını və Sizin etiketlərinizi çap edən mətbəəyə təqdim etməyinizi təklif edirik.
GS1 Standartlarına uyğun ştrixkodların ölçüləri
EAN-13 və EAN-8 simvollarının nominal ölçülərini GS1 Baş Spesifikasiyasında tövsiyyə olunan kimi mütənasib olaraq 200% artırmaq və 80% azaltmaq olar. Ştrixli kodun hansı ölçülərə qədər azalmasını onu çap edən printer və oxuyan skaner müəyyənləşdirir. Bu Spesifikasiyada tövsiyə olunan ölçülərdən kənara çıxmaqdan yayınmaq lazımdır. Kəsilmə (ştrixli kodun hündürlüyünün ixtisarı) istiqaməti üzrə skanerlənmə imkanını məhdudlaşdırır. Ştrixkodun hündürlüyünü 30%-dən çox kiçiltmək tövsiyyə olunmur, çünki ştrixkodun hündürlüyü 16 mm-dən az olmamalıdır. Bu zaman onun oxunma ehtimalı azalır. Ştrixkodun kəsilməsini nadir hallarda, sahə kiçik olduqda tətbiq etmək lazımdır.
Fİlm-master nümunələri: