YAPIŞQAN ETİKETLƏR
Termo və termotransfer printerlər üçün yapışqan əsaslı etiketlər.
Siz məhsulunuzu etiketlərlə markalamaq qərarına qəlmisiniz. Çap üsulunun və printerin seçilməsi etiketə qoyulan tələblərdən asılıdır.
Etiketin keyfiyyətini xarakterizə edən əsas parametrlər bunlardır:
- material;
- uzunömürlük;
- günəş şüalarının, temperatur dəyişmələrinin və digər hava şəraitinin təsirinə davamlılıq;
- pozulmaya davamlılıq;
- aqressiv mühitin təsirinə davamlılıq.
Bütün etiketlər iki qrupa ayrılırlar: termo və termotransferli.
Termo etiketlər aşağıdakı xüsusiyyətlidirə malikdir:
- termo etiketin materialı yalnız termohəssas kağızdan ibarətdir.
- etiket uzun ömürlü deyil (ideal şəraitdə istismar olunduqda istifadə müddəti 6 aya qədərdir).
- etiket günəş şüalarıının və aqresiv mühitin təsirinə, qızmaya, sürtülməyə davamlı deyil.
Termo etiketlərin uzun müddətli istismar tələb olunmayan, kifayət qədər temperatur dəyişmələri olmayan yerlərdə (məsələn, yararlılıq müddəti az olan yeyinti məhsulları, poçt göndərmələri, qeydiyyat beycləri, tez realizə olan mallar və i.a.) tətbiqi, məqsədə uyğundur.
Əgər Sizin malınız normal şəraitdə saxlanılırsa (nəmliyin, yüksək temperaturun təsiri yoxdursa), tez satılırsa, onda kağız etiketdən istifadə etmək daha yaxşı olar.
Əgər məhsulun ətraf mühitin mənfi təsirinə məruz qalma ehtimalı varsa, misal üçün, nəmlik, etiketin silinməsi, yüksək temperatur, satış və ya saxlama müddəti uzundursa, sintetik etiketdən istifadə etmək daha düzgündür.
Termotransfer üsülu ilə çap edilen etiketlər aşağıdakı xüsusiyyətlərə malikdir:
- çap üçün material-kağız, karton, sintetik plyonka, plastik və s.,
- material uzunömürlüdür,
- aqressiv mühitin və hava şəraitinin təsirinə davamlıdır,
- sürtülməyə davamlıdır.
Termotransfer üsülu ilə çap edilen etiketlərin saxlama və ya istifadə müddəti uzun olan malların, yaxud müxtəlif avadanlıqların markalanması üçün istifadə olunur. Etiketin materiallarının və ona uyğun ribbonun seçimiylə hava şəraitinə və ya aqressiv mühitin təsirinə davamlılıq kimi vacib çap keyfiyyətinə nail olmaq olar.
Termotransferli etiketlər termokimyəvi təbəqəyə malik olurlar. Onlarda çap termotransfer printerlərdə rəngləyici lentin - ribbonun köməyilə həyata keçirilir.
Anbarda olan etiketlərin ölçüləri:
Kağız etiket |
Sintetik etiket |
30 mm * 20 mm (rulonda 1000/2000 ədəd) |
101,6 mm * 50,8 mm (rulonda 2441 ədəd) |
58 mm * 40 mm (rulonda 2000 ədəd) |
50,8 mm * 25,4 mm 8000T (rulonda 2500 ədəd) |
100 mm * 58 mm (rulonda 2000 ədəd) |
38,1 mm * 12,7 mm (rulonda 9449 ədəd) |
100 mm * 150 mm (rulonda 250 ədəd) |
50,8 mm * 25,4 mm 3000T (rulonda 5249 ədəd) |
102 mm * 76 mm (rulonda 1890 ədəd) |
31,75 mm * 25,4 mm 8000T (rulonda 5500 ədəd) |
58 mm * 60 mm (rulonda 2000 ədəd) |
50 mm * 40 mm 4000T (rulonda 3020 ədəd) |
40 mm * 25 mm (rulonda 1000 ədəd) |
76,2 mm * 25,4 mm 8000T (rulonda 4000 ədəd) |
Fərqli ölçülü etiketləri sifariş etmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.