RFID-ANBARDA İSTİFADƏSİ

RFID - itkilərə və anbarda oğurluğa qarşı!

Anbarın işinin səmərəliliyi və rentabelliyi əhəmiyyətli dərəcədə malların qəbulunun və göndərilməsinin sürətindən və səhvsizliyindən asılıdır. RFID texnologiyasından istifadə malların işlənilməsi zamanı anbar logistikasının əsas proseslərini sürətləndirir, əməliyyatların etibarlılığını və şəffaflığını artırır, sənədlərin rəsmiləşdirilməsini sürətləndirir və insan amilinin təsirinin azaldılması sayəsində səhvlərin sayını minimuma endirir.

Uçot üzrə işin təşkili

Paletin tərkibinin uçotu
Radiotezlik nişanı anbarda hər bir malın üzərində bərkidilir və uçot sistemində qeydiyyata alınır. Bu nişanın köməyi ilə sistem bir malı digərindən ayırır. Anbarın müəyyən yerlərində (girişlər-çıxışlar, sifarişlərin formalaşması zonaları və s.) malların nişanlarını qeydiyyata ala bilən oxuyucular quraşdırılır. Paletin tərkibinin tam qeydiyyatı üçün bir neçə saniyə kifayətdir. Paletin sökülməsinə ehtiyac yoxdur. Oxuyucular anbarın uçot sisteminə qoşulur və onların topladıqları bütün məlumatlar sənədlərin tərtib edilməsi, paletin tərkibinin yoxlanılması və ya inventarlaşdırılması üçün istifadə edilə bilər. Göndərmənin aparılması, müşayiət sənədlərinin rəsmiləşdirilməsi, qalıqların tutuşdurulması üçün lazım olan vaxt əhəmiyyətli dərəcədə azalır. Malların üzərinə yapışdırılmış nişanələr onu bütün tədarük zənciri boyunca son alıcıya qədər müşayiət edəcəkdir. Malın nişanını oxuduqdan sonra, bu malın kimə və nə vaxt göndərildiyini öyrənmək olar. Nişanələr, həm də malın həqiqiliyinin əlavə zəmanəti kimi də istifadə edilə bilər. Malın üzərində nişanənin olmaması və ya bu nişanənin yanlış məlumatları - daha əsaslı yoxlamanın aparılması üçün səbəbdir.

Paletlərin yerdəyişməsinin uçotu
Radiotezlik nişanəsi hər paletin üzərində (və saxlama yerində) bərkidilir. Çəngəlli yükləyiciyə bu nişanələri oxuya bilən aparatura (oxuyucu) quraşdırılır. Bu aparatura anbarın avtomatlaşdırılması proqramı ilə daimi radiorabitəyə malikdir və paletlərlə əlaqədar yerdəyişmə və ya digər əməliyyatlar üzrə tapşırıqlar ala bilər. Paletin istənilən yerdəyişməsi zamanı, yükləyicidə olan oxuyucu paletin nişanəsini və saxlama yerinin nişanəsini oxuyur və bu məlumatları hal-hazırda yerinə yetirilən tapşırıqla müqayisə edir. Əgər məlumatlar düzgündürsə, əməliyyata icazə verilir, uçot sistemində isə(məsələn, 1C) müvafiq işarə qoyulur. Əgər məlumatlar yanlışdırsa, sistem yükləyicinin operatorunu səhv haqda xəbərdarlıq edəcəkdir. Cari tapşırığın yerinə yetirilməsi üzrə sistem sürücünü yeni tapşırığın başlanılmasına dair xəbərdar edəcəkdir. Beləliklə, istənilən vaxt anbardar, anbarda hər bir paletin yerləşdiyi yeri haqqında operativ və dəqiq məlumatları əldə edə bilər. Anbarda bütün əməliyyatların tam şəffaflığına nail olunur. Avadanlıqların boş dayanma vaxtı azalır. Oxuyucu yalnız yükləyicidə deyil, həm də anbardan çıxışda qapı yerində quraşdırıla bilər.

Sistemin tərkibi
RFID sistemi üç komponentdən ibarətdir: nişanələr, oxuyucular və proqram təminatı. RFID-nişanələr-məlumatları saxlaya və ötürə bilən, bir çox hallarda yapışdırılmalar şəklində hazırlanmış miniatür qurğular. Hər bir nişanə unikal identifikasiya koduna malikdir. Nişanənin kodu verilənlər bazasında konkret mal ilə əlaqələndirilir. Nişanələrin əksəriyyəti təkrar yazılan yaddaşa malikdir. Bu yaddaşa mal haqqında əlavə məlumat yazıla bilər: onun seriya nömrəsi, partiyanın nömrəsi, kodu, saxlamada təyin edilmiş yer və s. Təkrar yazılacaq nişanələrdən, geri qaytarılan taranın (paletlərin, konteynerlərin və s.) markalanması üçün istifadə edilməsi çox rahatdır. Nişanı bir dəfə bərkitdikdən sonra, ehtiyac olduqca məlumatları əlavə edərək və onda olan məlumatları yeniləyərək o bir çox illər ərzində istifadə edilə bilər. Nişanlarda olan məlumatlar, həmçinin şifrələnə də bilər. Bu, məlumatlara icazəsiz girişdən etibarlı müdafiəni təmin etməyə imkan verir. Saxlanılma yerləri də həmçinin markalanır. Malın bütün yerdəyişməsi əməliyyatlarında bu nişanlar avtomatik və ya əl ilə yerləşdirilən malın nişanları ilə yanaşı oxunur. Beləliklə, uçot sisteminin məlumat bazasında malın yerdəyişməsi zamanı, onun həqiqi yerləşdiyi yer avtomatik olaraq qeydə alınır. RFID-oxuyucular-nişanlarda informasiyanın oxunmasını və yazılmasını həyata keçirən cihazlardır. Stasionar (hərəkətsiz) oxuyucular bir çox hallarda qapı şəklində yerinə yetirilmişdir və anbar binalarından çıxışlarda, paletlərin formalaşdığı zonalarında və malın qəbulu və verilməsi sahələrində yerləşdirilmişdir. Bu oxuyucular daima uçot sisteminə qoşulu vəziyyətdədirlər. Sistem oxunma zonasına düşən hər bir nişanlanmış obyekti avtomatik olaraq qeydiyyata alır. Alınan məlumatlar, məsələn, yükə görə qaimələrin tərtib edilməsi və ya malın anbar daxilində yerdəyişməsinin operativ izlənilməsi üçün istifadə olunur. Oxuyucu, həmçinin paletlərin nişanlarını və onların saxlanılma yerlərini oxuyan yükləyiciyə quraşdırılır.
Oxucu yükləyicinin operatoru üçün tapşırıqların gəldiyi terminala malikdir. Daşınan (mobil) oxuyucular anbarda lazımi malların axtarışı, xidməti məlumatların nişana yazılması və malların daşınması zamanı həqiqiliyinə nəzarət edilməsi üçün istifadə olunur. Mobil oxuyucular həmçinin yükləməyə nəzarətin tez bir zamanda həyata keçirilməsinə kömək edirlər: malın tam həcmdə təyinatı üzrə göndərildiyinə əmin olmaq üçün.

Proqram təminatı
RFİD-in tətbiq edilməsi anbarın mövcud olan proqramının əvəz olunmasını tələb etmir. Təmassız identifikasiya texnologiyasının bütün üstünlükləri proqramın adi qabığında əlçatandır.

RFDİ sisteminin üstünlükləri

Sənədlərin rəsmiləşdirilməsi prosesinin avtomatlaşdırılması.
Malı müşaiyət edən sənədlərin rəsmiləşdirilməsi zamanı məlumatların nişanlardan istifadəsi səhvlərdən və qeyri-dəqiqliklərdən yaxa qurtarmağa imkan verəcəkdir. Paletin oxunma zonasından keçməsi zamanı, sənədlər avtomatik olaraq çapa daxil olur. Paletdə yerləşmiş bütün malların qeydiyyata alınması üçün onun dağıdılmasına ehtiyac yoxdur.

İnventarlaşdırmanın tezliyi
Malın inventarlaşdırılmasını yerinə yetirmək üçün, paleti dağıtmağa ehtiyac yoxdur. Onun stasionar oxuyucuya çatdırılması və qeydiyyatdan keçirilməsi kifayətdir. İnventarlaşdırma anbarın adi işini pozmur. İnventarlaşdırmaya sərf olunan vaxt qısalır.

Tədarüklər zəncirinin idarə edilməsi
Malın real vaxtda tədarük zənciri ilə yerdəyişməsinin izlənilməsi imkanı Malın təyinatı üzrə və tam həcmdə çatdırılması prosesinə nəzarətin edilməsi imkanını verəcəkdir. Beləliklə, hələ erkən mərhələlərdə səhvlərin qarşısının alınması mümkündür. Bu, qeyri-düzgün və ya natamam tədarüklərlə bağlı xərclərin azaldılmasına imkan verəcəkdir..

Saxtalaşdırma və dəyişik salmalarla mübarizə
Nişanın unikal nömrəsi saxtalaşdırmadan qorunmanın yüksək dərəcəsini təmin edir. Həmçinin, nişandakı məlumatlar şifrələnə bilər. Bu, alıcı üçün ona çatdırılmış malın həqiqiliyinə əlavə təminatdır və məlumatlara icazəsiz girişdən qorunmanı təmin edir.

Anbarda ünvanlı saxlanılma
Malın anbar daxilində istənilən yerdəyişməsi, malın göndərilməsi və ya qəbulu məlumat bazasında real vaxtda qeydə alınır. Sistem nəinki anbarda nə qədər malın olduğunu daim bilir, o həm də malın hər bir vahidinin dəqiq saxlanılma yeri haqqında məlumatlara malikdir. Bunun sayəsində malın axtarılmasına ehtiyac yoxdur. Sistem onun konkret olaraq harada olduğunu dəqiq göstərəcəkdir.

Sistemin mümkün iş ssenariləri

Malın anbara qəbulu
Anbara qəbul zamanı bütün mallar diyircəkli marker vasitəsilə bərkidilən və ya əllə bərkidilən nişanlarla markalanır. Sonra mal verilənlər bazasında qeydiyyata alınır. Anbara gətirildikdə mal uçot sisteminə qoşulmuş stasionar oxuyucunun quraşdırıldığı xüsusi qeydiyyat zonasında qeydiyyata alınır. Bu zonada yükləyici paletdəki bütün malların müvəffəqiyyətlə qeydiyyatdan keçməsi və məlumatların uçot sisteminə ötürülməsi üçün bir neçə saniyəlik dayanır.

Malların komplektləşdirilməsi
Anbar işçisinin sifarişi yığmasından sonra onun tərkibi oxunma zonasında yoxlanılır. Bu əməliyyat 3-4 saniyə çəkir. 1C operatoru paletlərin tərkibinin sifarişə uyğunluğunu yoxlayır və palet yüklənmənin gözlənilməsi zonasına göndərilir.

Malın anbardan verilməsi
Müəyyən bir malın verilməsi üçün sorğu edildikdə məsul işçi yükləyicinin terminalına onların yerləşdiriyi yeri göstərməklə buraxılması lazım olan malların siyahısını formalaşdırır və göndərir. Əvvəlki əməliyyatlar ilə analoji olaraq, lazımi malın götürülməsindən əvvəl yükləyici paletdən və saxlanma yerindən nişanları oxuyur. Anbarın çıxışında stasionar oxuyucular malın anbardan çıxması faktını qeyd edirlər. Malın onu sifarişçiyə çatdıracaq avtomobilə yüklənməsindən əvvəl yükləyici son dəfə qeydiyyat zonasından keçir. Operator göndərilmənin düzgünlüyünü yoxlayır və mala görə qaiməni rəsmiləşdirir. Sənədlər avtomatik olaraq doldurulur. Verilənlər bazasında malın göndərildiyi qeyd edilir. Bütün rəsmiləşdirmə prosesi bir dəqiqədən az vaxt aparır.

Saxtalaşdırmalardan qorunma
Malın üzərində nişanın olması - onun həqiqiliyinin əlavə zəmanətidir. Nişan malın nəinki həqiqi olduğunu təsdiq edəcəkdir, həm də bu malın kimə və nə vaxt göndərildiyini müəyyənləşdirməyə kömək edəcəkdir.

İnventarlaşdırma
İnventarlaşdırmanın aparılması zamanı paleti oxunma zonasına aparırlar. Yükləyici qapıdan keçir və paletin tərkibi haqqındakı məlumatlar uçot hesabına daxil olur. Paleti dağıtmağa ehtiyac olmayacaqdır. Bu cür əməliyyatı anbarın normal fəaliyyətini dayandırmadan yerinə yetirmək olar.

Malın saxlama yerlərində yerləşdirilməsi
Anbarın uçot sisteminə daxil olmuş paletlərin nişanlarla yapışdırılması və yerləşdirilməyə hazır olması barədə məlumat daxil olur. Məsul işçi onların yerləşdirilməsinə dair tapşırığı formalaşdırır və onu yükləyicinin terminalına göndərir. Yükləyicinin terminalına paletlərin formalaşdırılması zonasından malın götürülməsi tapşırığı gəlir. Əgər səhvən yanlış mal götürülərsə, terminal dərhal xəbərdarlıq verəcəkdir. Sonra yükləyici tapşırıqda göstərilən saxlanılma yerinə gedir. Malın yerləşdirilməsi zamanı, malın həm nişanının, həm də saxlanılması yerinin nişanının oxunması yerinə yetirilir. Əgər bu məlumatlar tapşırığın məlumatları ilə üst-üstə düşərsə, malın yerləşdirilməsinə icazə verilir və quraşdırılma faktı verilənlər bazasında qeydə alınır.

Malın anbar daxilində yerdəyişməsi
Paletin anbarın bir zonasından başqa zonasına yerdəyişməsinə ehtiyac yarandığı təqdirdə, məsul işçi yerdəyişməyə görə tapşırığı formalaşdırır və onu yükləyicinin terminalına göndərir. Yükləyicinin terminalına paletin yeni saxlanılma yerinə yerdəyişməsi tapşırığı gəlir. Əvvəlki hal ilə analoji olaraq, o yerindəcə azım olanı götürdüyünə əmin olur. Verilənlər bazasında köhnə saxlanılma yeri boş yer kimi qeyd olunur. Sonra yükləyici tapşırıqda göstərilən yeni saxlanılma yerinə doğru hərəkət edir. Malın yerləşdirilməsi zamanı, malın həm nişanının, həm də saxlanılması yerinin nişanının oxunması yerinə yetirilir. Əgər bu məlumatlar tapşırığın məlumatları ilə üst-üstə düşərsə, malın yerləşdirilməsinə icazə verilir və quraşdırılma faktı verilənlər bazasında qeydə alınır.

Pilot layihəsinin aparılması
RFID sisteminin tam həcmdə tətbiq edilməsindən əvvəl, müəyyən bir anbar şəraitində sistemin sınaqdan keçirilməsi üçün məhdud sahədə pilot layihənin işə salınması tövsiyə olunur. Böyük anbarların avtomatlaşdırılması layihələri özündə bir çox mərhələləri ehtiva edə bilər. Sistemin zəruri korreksiyası sistemlə bilavasitə işləyən əməkdaşların rəylərinin analizi, həmçinin onun daimi monitorinqi əsasında həyata keçiriləcəkdir.

RFİD sisteminin avadanlıqları

Nişanlar
Layihənin həyata keçirilməsində ən çox diqqət malların markalanacağı nişanların seçilməsinə yönəldilməlidir. Nişanın özünün istifadə və icra olunacağı standart, dəyişiləcəkk və ya ilk dəfə tətbiq olunacaq biznes proseslərinin əksəriyyətinin strukturunu müəyyən edəcəkdir.

 

Oxuyucular